İDMAN
İRAN FUTBOLU ÖZ RƏHBƏRİNDƏN VƏ BAŞ MƏŞQÇİSİNDƏN MƏHRUM OLDU
AZƏRTAC Röyterə istinadla xəbər verir ki, İran Bədən Tərbiyəsi Komitəsi milli Futbol Federasiyasının rəhbərini vəzifəsindən kənarlaşdırmış və yığma komandanın dünya çempionatında uğursuz çıxışına görə ölkə əhalisindən üzr istəmişdir.
Qrup turnirində iranlılar Meksika komandasına 1:3, sonra isə Portuqaliya futbolçularına 0:2 hesabı ilə uduzmuşlar. İyunun 21-də İran komandası anqolalılarla heç-heçə (1:1) oynamışdır. Dünya çempionatına vəsiqə qazanan İran komandası, 1978-ci ildə Argentinada və 1998-ci ildə Fransada olduğu kimi, bu dəfə də mübarizəni birinci mərhələdə dayandırır.
İran yığmasının baş məşqçisi xorvat Branko İvankoviç isə bildirmişdir ki, İran Futbol Federasiyası ilə bağladığı müqavilənin müddəti iyulun 1-də bitir və onu uzatmaq fikrində deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]