RƏSMİ SƏNƏDLƏR


İRAN İSLAM RESPUBLİKASININ ALİ DİNİ RƏHBƏRİ AYƏTULLAH SEYİD ƏLİ XAMENEİ HƏZRƏTLƏRİNƏ

Möhtərəm qardaşım,

İran İslam Respublikasının milli bayramı- İnqilab günü münasibətilə Sizi və qardaş İran xalqını təbrik edirəm.

Ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı mehriban qonşuluq, möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin