Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İRAN İSLAM RESPUBLİKASININ ALİ RƏHBƏRİ AYƏTULLAH SEYİD ƏLİ XAMNEİ HƏZRƏTLƏRİNƏ

Möhtərəm qardaşım,

İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və bütün İran xalqını təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin tarixi ənənələri bugünkü və gələcək nəsillər tərəfindən də qorunub saxlanılacaq və inkişaf etdiriləcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Baki şəhəri, 7 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin