RƏSMİ SƏNƏDLƏR


İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SEYİD MƏHƏMMƏD XATƏMİYƏ

Hörmətli cənab Prezident, 

Gülüstan vilayətində baş vermiş təbii fəlakət – daşqın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni dərindən kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxıram, Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

14 avqust 2002-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin