Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ SEYİD MƏHƏMMƏD XATƏMİYƏ

Hörmətli cənab Prezident, 

İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.

Ölkələrimizin qonşuluğu xalqlarımızın dostluğu və əməkdaşlığı üçün geniş imkanlar açmışdır. Əminəm ki, bu imkanlardan tam istifadə etmək üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Baki şəhəri, 7 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin