SİYASƏT


İRAN ÖZ VƏTƏNDAŞLARINA QONŞU İRAQA ZİYARƏTƏ GETMƏYİ QADAĞAN ETMİŞDİR

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, İran öz vətəndaşlarına şiyələrin qonşu İraqdakı müqəddəs yerlərinə ziyarətə getməməyə çağırmışdır. Bu çağırışa səbəb odur ki, zəvvarlar sərhədi gizli yolla keçərkən onlardan oraya qoyulmuş minalara toxunaraq ölənlər olmuşdur. İranın daxili işlər nazirinin müavini Əli Əsgər Əhmədi demişdir ki, ölkə höküməti “öz vətəndaşlarının İraqdakı müqəddəs yerləri ziyarət etmələrinə icazə verə bilmir, çünki orada onların təhlükəsizliyinə təminat yaradacaq hökumət yoxdur”. Onun sözlərinə görə, İraq hökuməti iranlıların təhlükəsizliyinə təminat verməyincə, İranda belə ziyarətlər qeyri-qanuni hesab ediləcəkdir. Yeri gəlmişkən, müharibəyə qədər hər il on minlərlə iranlı İraqa ziyarətə gedirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.