DÜNYA
İRAN PREZİDENTİ BRİTANİYA HÖKUMƏTİNİN ÜZR İSTƏMƏSİNİ TƏLƏB ETMİŞDİR
Xatırladaq ki, Süleymanpur avqustun 21-də İngiltərənin Darem şəhərində həbsə alınmışdır. O, yerli universitetdə elmi əməkdaş işləyirdi.
Argentina 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mədəniyyət mərkəzində partlayışla əlaqədar Süleymanpurun təhvil verilməsini tələb edir. Həmin partlayış nəticəsində 85 adam həlak olmuşdu.
Prezident Xatəminin sözlərinə görə, bu həbs siyasi səbəblərlə bağlıdır və İran bunu belə qoymayacaqdır. Tehran bəyan etmişdir ki, etiraz əlaməti olaraq Argentina ilə iqtisadi və mədəni əlaqələri dayandırır.
Ötən həftə Argentina Prezidenti Nestor Kirşner yəhudi mədəniyyət mərkəzində baş vermiş partlayışın araşdırılmasında irəliləyiş olmamasını milli rüsvayçılıq adlandırmış və təqsirkarları tapıb cəzalandırmağa çağırmışdır.