DÜNYA


İRAN QƏRB ÖLKƏLƏRİNİ DƏVƏT EDİR

AZƏRTAC-ın Tehrandan aldığı xəbərə görə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Həmid Riza Asəfi bildirmişdir ki, Buşər AES-in ikinci enerji blokunun tikintisi ölkənın təsdiqlənmiş proqramının bir hissəsidir. Proqrama uyğun olaraq İranda bir neçə atom elektrik stansiyası tikilməlidir və bu davam etdiriləcəkdir.

H.Asəfi təsdiqləmişdir ki, Qərb ölkələri İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadəyə dair proqramının həyata keçirilməsində iştirak etməyə dəvət olunmuşlar. O demişdir: “Bizdə qərəzlilik və ya məhdudiyyətlər yoxdur. Biz ölkəmiz üçün daha sərfəli ola biləcək hər hansı təklifi və ya planı qəbul etməyə hazırıq”.

H.Asəfi Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə münasibətlərdən danışaraq vurğulamışdır ki, “nüvə silahının yayılmaması haqqında müqaviləyə aid əlavə protokolu İranın imzalayıb-imzalamaması BAEA-nın təqdim edəcəyi izahatlardan asılı olacaqdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.