İQTİSADİYYAT
İRAN ŞİRKƏTLƏRİ “AZƏRENERJİ”NİN LAYİHƏLƏRİNİ DƏSTƏKLƏYİRLƏR
Qeyd edilmişdir ki, respublika ərazisində yeni elektrik ötürücü xətlərinin çəkilişinin texniki-iqtisadi əsaslandırılması müzakirə olunmaq üçün İran tərəfinə verilmişdir. Bu layihə iki ölkə arasında enerji mübadiləsini 200 mvt-dan 600 mvt-a qədər artırmağa imkan yaradacaqdır.
Həmin layihələrə dair danışıqlar iki ölkənin energetika idarələri rəhbərlərinin sentyabrın sonunda nəzərdə tutulmuş görüşündə davam etdiriləcəkdir. Sistemlərarası əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi, habelə yeni layihənin hazırlanması və həyata keçirilməsi üzrə kompleks məsələlərin müzakirəsi də nəzərdə tutulmuşdur.
Xatırladaq ki, ikitərəfli sazişlər çərçivəsində Azərbaycanla İran arasında illik elektrik enerjisi mübadiləsi 600-700 milyon kilovat-saat təşkil edir.