DÜNYA
İRAN S-130 TƏYYARƏSİNİN QƏZAYA UĞRAMASINA GÖRƏ ABŞ-I TƏQSİRLƏNDİRİR
Xatırladaq ki, dekabrın 6-da bu təyyarənin qəzaya uğraması nəticəsində 110 adam həlak olmuş və 50 nəfər yaralanmışdır.
Cəlili demişdir ki, “ABŞ tərəfindən İrana tətbiq olunmuş ticarət embarqosunu insan hüquqlarına qarşı cinayət kimi qiymətləndirmək lazımdır, çünki bu qadağa İran vətəndaşlarını təhlükəsiz hərəkət hüququndan, əslində, məhrum edir”.
O, İranın nüvə proqramı ilə bağlı vəziyyəti şərh edərək vurğulamışdır ki, onun ölkəsi kütləvi qırğın silahı istehsalının qəti əleyhinədir. Cəlili demişdir: “İraqla müharibə illərində İranın özü bu silahın qurbanı olmuşdur, ona görə də guya “Şahab” tipli raketlərdə nüvə döyüş başlıqları quraşdırmaq niyyətində olduğumuz barədə ölkəmizin ünvanına yönəldilmiş ittihamları tam əsassız sayıram”.
İran XİN başçısının müavini bəyan etmişdir: “Dünya birliyinin İranın atom proqramına, xüsusən, uranın saflaşdırılmasına dair proqramın dinc xarakter daşımasına inamı yoxdur, halbuki İslam Respublikası nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulmuşdur və bunun əsasında bizim tam nüvə silsiləsi yaratmaq hüququmuz var”.