İRAN XƏZƏRDƏKİ SEKTORUNDA NEFT QUYULARININ QAZILMASINI DAYANDIRMIŞDIR
AZƏRTAC-ın Tehrandan aldığı xəbərə görə, İran Xəzər şelfindəki sektorunda neft quyuları qazılmasını dayandırmış və dənizin dibinin seysmoloji tədqiqinə başlamışdır. Bu tədqiqatlar xarici şirkətlərlə birlikdə aparılır.
Buna baxmayaraq, İran Xəzərdəki neft yataqlarından gələcəkdə istifadə etmək niyyətindədir, çünki hesab edir ki, perspektivdə neftə tələbat artacaqdır.