SİYASƏT
İRAQA QARŞI MÜHARİBƏ OLACAĞI TƏQDİRDƏ TOKİO MALİYYƏ YÜKÜNÜN BİR HİSSƏSİNİ ÖZ ÜZƏRİNƏ GÖTÜRƏCƏKDİR
İTAR-TASS-dan AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, Yaponiyanın baş naziri Dzünitiro Koudzumi BMT-nin İraqa qarşı müharibəyə razılıq verəcəyi təqdirdə, Tokionun maliyyə yükünün bir hissəsini öz üzərinə götürəcəyinə işarə vurmuşdur. Fevralın 24-də parlamentin aşağı palatasının büdcə komissiyasındakı müzakirələrin gedişi zamanı o, suallara cavab verərkən demişdir ki, “Yaponiya beynəlxalq birliyin üzvüdür və öz üzərinə müəyyən məsuliyyət götürmək niyyətindədir”.
Əvvəllər Yaponiya hökuməti müharibə olacağı təqdirdə, özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi, sayı 1 milyon nəfərə çatacağı güman olunan qaçqınlara İraq qaçqıınlarına kömək edəcəyini bildirmişdi.