SİYASƏT


İRAQDAN TƏZMİNAT ALMAĞIN YENİ ÜSULU

AZƏRTAC ABŞ mətbuatına istinadla xəbər verir ki, İran körfəzində birinci müharibənin gedişində əsir düşmüş 17 Amerika hərbi qulluqçusuna və onların ailələrinə İraq 959 milyon dollar ödəməlidir. Bu qərarı iyulun 8-də federal dairə hakimi Riçard Roberts çıxarmışdır. Hakim 21 Amerika hərbi əsirindən 17-nin və onların 37 ailə üzvünün müvafiq iddiasını nəzərdən keçirmişdir. İddiaçılar mənəvi zərərə görə kompensasiya tələb edirdilər. Hakimin müəyyən etdiyi məbləğ iki hissədən ibarətdir: təqribən 653 milyon dollar bilavasitə iddiaçılara ödəniləcək və təxminən 306 milyon dollar ABŞ-ın dövlət xəzinəsinə köçürüləcəkdir. Vəkillər ümid edirlər ki, həmin zərər İraqın keçmiş hökumətindən müsadirə olunmuş maliyyə vəsaitləri, o cümlədən ölkə rəhbərlərinin şəxsi pulları hesabına ödəniləcəkdir. ABŞ Səddam Hüseyn rejiminin rəsmi nümayəndələrinə məxsus təxminən 1,7 milyard dolları müsadirə etmişdir. Bu məbləğin üçdə bir hissəsindən çoxu - 681 milyon dolları artıq İraqın bərpasına xərclənmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.