DÜNYA


İRAQDA İYUNUN 24-DƏ TÖRƏDİLMİŞ TERROR AKTLARI NƏTİCƏSİNDƏ 100 NƏFƏR HƏLAK OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, “Əl-Ərəbiyyə” peyk telekanalının iyunun 25-də yaydığı məlumata görə, əvvəlki gün İraqın bir neçə şəhərində törədilmiş terror aktları nəticəsində 100 nəfər, o cümlədən 3 ABŞ əsgəri həlak olmuşdur.

Həmin gün hücumlar, əsasən, İraq polisinə qarşı yönəldilmişdi. Ən qanlı hadisələr Mosulda baş vermişdir. Burada ölənlərin sayı 62 nəfərə çatmışdır.

Mosul, Bəaqubə, Bağdad və Fəllucə şəhərlərində bir neçə partlayış törədilmişdir. Mosul və Bəaqubədə basqınlara görə məsuliyyəti “Əl-Qaidə” təşkilatının liderlərindən biri Əbu Musab əz-Zərqəvi öz üzərinə götürmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.