DÜNYA
İRAQDA LİVANLI DÖRD SÜRÜCÜ GİROV GÖTÜRÜLMÜŞDÜR
AZƏRTAC-ın xarici informasiya agentliklərinə istinadla verdiyi məlumata görə, livanlı dörd yük maşını sürücüsü İraqda girov götürülmüşdür.
Bundan əvvəl Livan Xarici İşlər Nazirliyinin nümayəndəsi xəbər vermişdi ki, ərzaq daşıyan sürücülər Bağdadı İraq paytaxtından qərbdə yerləşən Rəmadi şəhəri ilə birləşdirən yolda yoxa çıxmışlar.
Livanın xarici işlər naziri bu fakt barədə məlumat vermiş və ölkəsinin Bağdaddakı səfirliyinə girovların taleyini aydınlaşdırmaq üçün İraq hökuməti ilə əlaqə saxlamağı tapşırmışdır.
Hazırda Livanın beş vətəndaşı İraqda itkin düşmüş hesab edilir. Bir neçə gün bundan əvvəl Bağdadın mərkəzində bir qrup silahlı adam livanlı biznesmeni oğurlamışdır. Onun taleyi məlum deyildir.
Xatırladaq ki, İraqda pul qazanmaq üçün gəlmiş yüzlərlə livanlı fəhlə vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]