SİYASƏT


İRAQDA MÜVƏQQƏTİ HÖKUMƏT YARADILDI

İraqda keçid dövrü üçün nəzərdə tutulmuş, qanunverici və icraedici funksiyaları özündə birləşdirən yeni Müvəqqəti Şura yaradılmışdır. AZƏRTAC İTAR-TASS-a istinadən xəbər verir ki, 25 nəfərdən ibarət olan Müvəqqəti Şuraya siyasi xadimlər, əsas dini icmaların və milli azlıqların nümayəndələri daxildir. Şura işlək hökuməti formalaşdırıb, yeni konstitusiya layihəsini hazırlayacaq və ümumxalq seçkilərinin vaxtını müəyyənləşdirəcək. Bunu tarixi hadisə adlandıran Şeyx Məhəmməd Bəhr Ulyum demişdir ki, Şura İraq xalqının arzu və istəklərini ifadə edir. Yeni İraq dövləti federalizm, çoxpartiyalılıq və bütün vətəndaşların hüquq bərabərliyinin təmin olunması prinsipləri üzərində qurulacaqdır - deyə Şeyx Məhəmməd Bəhr Ulyum bəyan etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.