SİYASƏT


İRAQDA MÜVƏQQƏTİ HÖKUMƏT YAXIN VAXTLARDA TƏŞKİL EDİLƏCƏK

Xarici informasiya agentliklərinin verdiyi xəbərə görə, İraq Hakim Şurasının nümayəndəsi şeyx Məhəmməd Bəhr Ülyum Bağdadda bildirmişdir ki, ölkənin müvəqqəti hökuməti yaxın iki həftə ərzində formalaşdırılacaqdır. Hökumətin tərkibinə ölkənin bərpa olunmasına səmərəli kömək göstərməyə qadir mütəxəssislər və texnokratlar daxil ediləcəklər.

Şeyx Ülyum demişdir ki, Konstitusiyanın hazırlanması ilə xüsusi komissiya məşğul olacaqdır. Sonra Əsas Qanun referenduma çıxarılacaqdır.

Hazırda Londonda olan sabiq xarici işlər naziri və “Müstəqil iraqlıların demokratiya uğrunda hərəkatı”nın lideri Ədnan Paçaçi bildirmişdir ki, İraq öz suverenliyini 12-18 ay ərzində tamamilə bərpa edəcəkdir. Sonra ölkədə azad seçkilər keçiriləcəkdir. Lakin bundan əvvəl əhali siyahıya alınacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.