DÜNYA
İRAQIN ŞİMALINDA AVTOMOBİLİN PARTLAMASI NƏTİCƏSİNDƏ ON NƏFƏR HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın Küveytdən aldığı xəbərə görə, İraqın şimalındakı Kərkük şəhərində minalanmış avtomobilin partlaması nəticəsində on nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Maşında olan terrorçu - kamikadze partlayıcı qurğunu polis məntəqəsinin yaxınlığında işə salmışdır. Partlayış şəhərin kürdlər yaşayan məhəlləsində baş vermişdir. Hadisə qurbanlarının hamısı, demək olar ki, İraqın asayiş qoruyucularıdır. Partlayış dalğasının təsirindən ətrafdakı binalar dağılmış, yaxınlıqdakı maşınlar yanmışdır.
Koalisiya qüvvələri kimi, İraqın yeni mühafizə orqanları da daim gizli müqavimət üzvləri tərəfindən hücuma məruz qalırlar. İslamçı radikallar bildirirlər ki, “kürd liderləri siqnistlərın və xaçpərəstlərin köməkçilərinə çevrilmişlər”, buna görə də “intiqam obyektinə” çevrilmişlər.
Ərbildə isə baş verən terror aktları nəticəsində ölən və yaralananların sayı 236 nəfər olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]