DÜNYA
İRAQ İQTİSADİYYATININ BƏRPASINA HƏR İL 20 MİLYARD DOLLAR GƏRƏKDİR
AZƏRTAC-ın verdiyi xəbərə görə, bu rəqəm Fars Körfəzinin Strateji Araşdırmalar Mərkəzi (FSAM) ekspertlərinin yanvarın 31-də Vyanada OPEK Baş katibliyinin kanalları ilə yayılmış məruzəsində göstərilir.
FSAM ekspertləri Qərbin neft-qaz konsernlərinə “İraqda qanuni hökumət yaradılmayınca ölkə iqtisadiyyatının dirçəldilməli və inkişaf etdirilməli olan sahələrinə sərmayə qoymamağı” məsləhət görürlər. Ekspertlərin hesablamalarına görə, Səddam Hüseyn rejimi dövründəki müharibələr İraqa 830 milyard dollara başa gəlmişdir. Bunun 450 milyardı İranla, 230 milyardı Küveytlə müharibələrə sərf edilmiş və xam neftin, yanacaq-sürtkü materiallarının ixracına qarşı BMT-nin 13 il qüvvədə qalmış sanksiyaları nəticəsində itirilmiş gəlirlər isə 150 milyard dollar olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]
Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb
- 19.04.2024 [14:52]
Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib
- 19.04.2024 [14:50]
Latviyada yeni xarici işlər naziri təyin edilib
- 19.04.2024 [14:16]
Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib
- 19.04.2024 [13:55]
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
- 19.04.2024 [13:34]
Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır
- 19.04.2024 [13:31]