SİYASƏT


İRAQ ÖLKƏNİN ŞİMAL BÖLGƏLƏRİNDƏN KƏRKÜK-CEYHAN NEFT KƏMƏRİ İLƏ NEFT İXRACINI BƏRPA ETMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, builki qışdan bəri İraq, ilk dəfə olaraq, Kərkük şəhəri yaxınlığındakı şimal yatarlarından Türkiyənin Aralıq dənizindəki Ceyhan limanının ixrac terminallarına neft göndərməyə başlamışdır. Uzunluğu 600 kilometr olan neft kəməri iyunun əvvəllərində işə düşməli idi, lakin çoxsaylı təxribat və partlayışlar buna imkan verməmişdir.

Kərkük-Ceyhan neft kəməri gün ərzində 300 min barrelədək neft nəql etmək iqtidarındadır. Sentyabr ayında onun bu həddə çatacağı gözlənilir.

İndiyə qədər İraq təkcə Bəsrə limanı vasitəsilə gün ərzində 700 min barrel həcmində neft ixrac edirdi.

İşgüzar dairələrdə məlum olmuşdur ki, ABŞ-ın müvəqqəti hərbi hakimiyyət orqanları İraq dövlət neft sənayesinin özəlləşdirilməsini mümkün qədər tez həyata keçirmək barədə mövqeyində dəyişikliklər etməyə başlayır. Məlumatlı mənbələr bildirirlər ki, İraq iqtisadiyyatının, sosial və siyasi strukturlarının bərpası ilə bağlı ABŞ-ın üzləşdiyi çətinliklər müvəqqəti hakimiyyətin bir sıra planlarını şübhə altına alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.