Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İRAQ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB CƏLAL HÜSAMƏDDİN ƏT-TƏLABANİYƏ

Hörmətli cənab Prezident,

Bağdad şəhərində əl-Əimmə körpüsündə çoxlu sayda zəvvarın faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu ağır hadisə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İraq xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 1 sentyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin