SİYASƏT
İRAQ SURİYAYA NEFT İXRAC ETMƏYƏ BAŞLADI
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İraqda müharibə başa çatdıqdan sonra ilk dəfə olaraq, avqustun 1-də yerli neftlə yüklənmiş qatar Suriyaya yola salınmışdır. Suriya ilə dəmir yol nəqliyyatı bərpa ediləndən sonra İraqın ixracat imkanları 30 faiz artmışdır.
İraq nefti Suriya ərazisi ilə regionun neftayırma zavodlarına daxil olur. Hazırda İraq gündə 500 min barrel neft hasil edir. Lakin onun hasilat potensialı 800 min barreldir.
Bununla belə, İraqın əsas ixrac neft kəmərləri hələ də işləmir. Çünki bu həftənin əvvəlində naməlum şəxslər ölkənin cənubunda, Bəsrə şəhəri yaxınlığındakı neft kəmərində partlayış törətmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]