MƏDƏNİYYƏT


İRƏVAN TEATRINDA YENİ TAMAŞA HAZIRLANIR

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında italyan dramaturqları Culio Okarnaççi və Renço Tarabuzinin “Sənətim cəmiyyət sinyorudur” adlı komediyası tamaşaya hazırlanır.

Teatrın direktor müavini Aytən Məmmədova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, süjet xətti cəmiyyətdə hökm sürən işsizlik, səfalət, aclıq üzündən müxtəlif adlar altında fırıldaqçılarla əlbir olan şəxsin başına gələn hadisələr üzərində qurulmuşdur. İki hissəli komediyanın rejissoru və səhnə tərtibatçısı əməkdar artisti Vidadi Əliyevdir.

Əsas rollarda əməkdar artistlər Elmira İsmayılova, Süleyman Nəcəfov, tanınmış aktyorlar Dilarə Əliyeva, Çoşqun Dadaşov, Rəfael İsgəndərov, Azər Axşam və başqaları oynayacaqlar.

İlk tamaşa mart ayında Dövlət Gənc Tamaşaçılar Teatrında olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.