İRLANDİYA AVİAŞİRKƏTİ STÜARDESSALARINI AVTOMATLARLA ƏVƏZ EDƏCƏKDİR
AzerTAg.az
Bakı, 10 aprel (AZƏRTAC). İrlandiyanın “Ryanair” aviaşirkəti təyyarələrdəki bir sıra stüardessalarını sendviç və qazlı sular satan avtomatlarla əvəz etməyə hazırlaşır.
Rusiya mətbuatının məlumatına görə, aviaşirkət ona məxsus 225 təyyarədə xüsusi avtomatlar quraşdıracaqdır. Sərnişinlər bu avtomatlar vasitəsilə menyuda olan hər bir şeyi ala biləcəklər.
Bununla yanaşı, şirkət iyuldan başlayaraq sentyabradək təyyarə vasitəsilə yüklərin nəqlinə görə qiymətləri qaldırmaq niyyətindədir. İnternet vasitəsilə əvvəlcədən yükünü qeydiyyatdan keçirən sərnişinlər bir çamadana görə hazırda olduğu kimi 15 deyil, 20 avro, ikinci çamadana görə isə 35 avro ödəməli olacaqlar. Yük hava limanında qeydiyyatdan keçərsə, birinci çamadanın qiyməti 35, ikincisinin isə 70 avro olacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var