İDMAN
İRLANDİYA KOMANDASI İLƏ QARŞILAŞACAQ AZƏRBAYCAN YIĞMASININ HEYƏTİ MƏLUMDUR
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan və İrlandiyanın 21 yaşlılardan ibarət yığma futbol komandaları arasında Avropa çempionatının seçmə qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda təsnifat görüşləri keçiriləcəkdir.
İlk oyun mayın 11-də Bakıda, “Şəfa” stadionunda, növbəti görüş isə mayın 18-də İrlandiya paytaxtında keçiriləcəkdir. Baş məşqçi Nazim Əliyev bu görüşlərdə ölkəmizi təmsil edəcək yığmanın heyətini açıqlamışdır.
Komandanın şərəfini qapıçılar - Kamran Ağayev, Anar Nəzirov, müdafiəçilər - Saşa Yunusoğlu, Vladimir Levin, Rail Malikov, Orxan Ağayarzadə, Natiq Qasımov, yarımmüdafiəçilər - Elnur Abbasov, Tərlan Xəlilov, Asəf Qədiri, Pərvin Mədətov, Romal Hüseynov, Ruslan Əmircanov, Namiq Yusifov, hücumçular - İlqar Qurbanov, Nizami Hacıyev, Vüqar Nadirov, Fərid Quliyev, Murad Ağakişiyev və Ceyhun Adışirinov qoruyacaqlar.