SİYASƏT


İRNA agentliyi Prezident İlham Əliyevin işğaldan azad edilən Ağdam şəhərinə səfərindən yazıb

Tehran, 24 noyabr, AZƏRTAC

İranın İRNA rəsmi xəbər agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan Ağdam rayonuna səfəri barədə material dərc edib.

AZƏRTAC-a istinadla yayılan məqalədə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam məscidinə getdikləri qeyd edilib. Dövlətimizin başçısının “İslam müqəddəslərini təhqir edənlərə bəraət qazandıranların bizə irad tutmağa haqqı yoxdur” fikri sitat kimi gətirilib. Bildirilib ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə məscidlərlə yanaşı, xristian məbədlərinin də bərpa olunacağını bəyan edib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Ağdam şəhəri 1993-cü ildə Ermənistan tərəfindən işğal edilsə də, bu ilin noyabrında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.