İDMAN


İRNA xəbər agentliyi IV İslam Həmrəyliyi Oyunlarından yazıb

Tehran, 18 may, AZƏRTC

İranın İRNA xəbər agentliyi Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarından yazıb.

Yazıda qeyd olunub ki, bu yarışlarda İran idmançıları 58 medal qazanıblar. Atletlər idmanın ağırlıqqaldırma, atıcılıq, cüdo, karate, gimnastika növlərində uğurla çıxış ediblər.

Nəzərə çatdırılıb ki, 54 ölkənin idmançılarının qatıldığı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Bütün idmançılar üçün eyni şərait yaradılıb. Yarışların keçirildiyi bütün idman arenaları müasir standartlara cavab verir.

Qeyd olunub ki, yarışlar davam edir və İran idmançıları yenə də medal qazanmaq şansına malikdirlər.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.