İDMAN
İRQÇİ XOKKEYÇİ İTALİYA YIĞMASINDAN QOVULDU
AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, 27 yaşlı xokkeyçi Daniele Veciatto İtaliya milli yığmasının heyətində oyunlardan ömürlük uzaqlaşdırılmışdır. Buna Danielenin ölkə çempionatının görüşlərindən birində rəqibin ünvanına irqçi sözlər deməsi səbəb olmuşdur. İtaliyada bu cəzanı rəmzi hesab edirlər, çünki Veciatto ölkə yığmasının tərkibində axırıncı dəfə 2003-cü ildə oynamışdır.
Buna baxmayaraq, İtaliyanın kütləvi informasiya vasitələri Xokkey Federasiyasının qərarını alqışlayaraq bildirir ki, bu nümunəvi addım idmanın digər növlərində, xüsusən də futbolda belə davranışa qarşı xəbərdarlıq olmalıdır.
Bu hadisə Veciattonun “Allege” klubunun “Kortina” komandası ilə görüşündə baş vermişdir. Daniele rəqiblərin müdafiəçisi - atası italyan, anası isə mavrikili olan Luka Dzandonellanı bir neçə dəfə təhqir etmişdir. Hakim onu meydandan çıxarmışdır. İndi o, ölkə çempionatının beş görüşünü buraxacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]