MƏDƏNİYYƏT


“İRS-Heranca” jurnalında ölkəmizin mədəniyyəti və tarixi ilə bağlı məlumatlara geniş yer verilib

Bakı, 5 dekabr, AZƏRTAC

Braziliyada “İRS-Heranca” jurnalının portuqal dilində növbəti – beşinci buraxılışı işıq üzü görüb.

Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, ənənəvi olaraq, jurnalın bu nömrəsində ölkəmizin mədəniyyətinə, qədim tarixinə, müasir inkişafına, tolerantlıq siyasəti və idman həyatına aid məlumatlar yer alıb. Jurnalın baş redaktoru Musa Mərcanlı giriş sözündə Dağlıq Qarabağın tarixi, ermənilərin bu torpaqlara əsassız iddiaları və 27 ildən sonra ölkə başçısının rəhbərliyi altında bu torpaqların azad olunmasından söz açıb. Jurnalda həmçinin, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa haqqında, ölkəmizin arxitekturası və zəngin xalçaçılıq ənənələrindən bəhs edən məqalələr yerləşdirilib. Bununla yanaşı, məşhur rəssamımız Səttar Bəhlulzadənin əsərlərində kəlağayı motivləri, Bakıda keçirilən Formula 1 yarışlarına həsr edilmiş yazılar da dərc olunub. Bundan əlavə, Qarabağ münaqişəsinə dair tədqiqatlar aparan Joao Xavyerin “Unudulmuş Dağlıq Qarabağ münaqişəsi” adlı, həmçinin, müəllif Klaudo Klaus tərəfindən yazılan və Azərbaycanın multikulturalızm ənənələrindən bəhs edən məqalələr dərc edilib. 500 ədəd tirajla çıxan “İRS” jurnalının 5-ci nömrəsi Azərbaycanın Braziliyadakı səfirliyi ilə birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

Qeyd edək ki, bu jurnal Braziliyanın hökumət orqanları, Konqresi, Senatı, ali təhsil ocaqları və vətəndaş cəmiyyət institutları arasında yayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.