MƏDƏNİYYƏT


“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı nəşr olunub

Qahirə, 6 mart, AZƏRTAC

“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı nəşr olunub. Jurnalın bu nömrəsində Azərbaycan maddi-mədəni irsinə, qədim tarixinə, müasir inkişafına, ədəbiyyatına, dünya siyasətindəki uğurlarına, görməli-gəzməli yerlərinə həsr olunmuş məqalələr yer alıb. Jurnal baş redaktor Musa Mərcanlının giriş sözü ilə açılır.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, jurnalın budəfəki buraxılışında diqqəti çəkən əsas məqalə Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın incisi və hərbi-strateji əhəmiyyətə malik qədim şəhəri Şuşaya həsr olunub.

Jurnalın ərəbcə buraxılışında Musa Mərcanlının “Qarabağ Azərbaycandır”, səudiyyəli jurnalist Əhməd Sami Əl-Ayidinin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşmalar”, misirli yazıçı və tədqiqatçı Əhməd Tərabikin “İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi”, Akif Fərzəliyevin “Şair Nizami Gəncəvinin XIII əsrdə yazılmış “Xəmsə”sinin əlyazması, Rəna İbrahimbəyovanın “Kəlağayı: Azərbaycan qadın baş örtüyü haqqında məlumatlar” sərlövhəli məqalələri yer alıb.

Ərəb oxucularına təqdim edilən məqalələr zəngin foto-illüstrativ materiallarla əhatə olunub.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.