REGİONLAR
İŞÇİ QRUPU YARADILMIŞDIR
“Azərbaycan Respubilkasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanından irəli gələn vəzifələrlə əlaqədar Lənkəran rayonunda aqrar islahatların ikinci mərhələsinə başlanması məqsədilə işçi qrupu yardılmışdır. Lənkəran Şəhər İcra Hakimiyyətinin şura iclasında işçi qrupunun tərkibi təsdiq edilmişdir. İşçi qrupunun tərkibinə rayonun tanınmış və təcrübəli kənd təsərrüfatı mütəxəssisləri daxildir.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, işçi qrupunun yaradılmasından əsas məqsəd rayonun iqtisadiyyatının əsasını təşkil edən tərəvəzçiliyi, çayçılığı, heyvandarlığı, sitrusçuluğu və digər sahələri inkişaf etdirmək, müvafiq proqramlar hazırlamaq və bu proqramların həyata keçirilməsinə nəzarət etməkdir. Artıq işçi qrupu tərəfindən rayonda çayçılığın və heyvandarlığın inkişaf perspektivlərinə dair proqram hazırlanmışdır. Proqrama uyğun olaraq bu sahədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə başlanmışdır.