CƏMİYYƏT
ISESCO COVID-19 pandemiyasına qarşı video və infoqrafiya vasitəsilə maarifləndirmə kampaniyası aparır
Qahirə, 9 aprel, AZƏRTAC
ISESCO COVID-19 pandemiyası ilə mübarizə proqramı çərçivəsində video və infoqrafiya vasitəsilə maarifləndirmə kampaniyası aparır.
AZƏRTAC xəbər verir ki, ilk videomaterialda bu təhlükəli virusun mövsümi qripdən fərqi izah edilir və ona qarşı profilaktik tədbirlərdən bəhs olunur. İnfoqrafiya vasitəsilə həkim və virusoloqların koronavirusa qarşı tövsiyələri də təqdim edilir.
Təşkilatın məlumatında qeyd olunur ki, ISESCO multimedia materiallarının hazırlanmasını və sosial şəbəkələr vasitəsilə yayılmasını davam etdirəcək. Üzv ölkələrə müraciətdə əhalinin maarifləndirilməsinə daha çox diqqət yetirilməsi, tibb personalı üçün virtual treninqlərin təşkil edilməsi çağırışları yer alıb. Bu kontekstdə ISESCO İslam ölkələrinin həmrəyliyinin daha da möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Təşkilat, həmçinin təhsil və mədəniyyət sahələrində üzv dövlətlərə hər cür yardım etməyə hazır olduğunu bəyan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]