DÜNYA


İŞİD qruplaşması İraq ordusunun hərbi bazasına hücum edib

Bakı, 28 oktyabr, AZƏRTAC

İŞİD silahlılarının Bağdadın şimalında yerləşən hərbi bazaya hücumu nəticəsində iki hərbçi həlak olub.

AZƏRTAC Press TV telekanalına istinadla xəbər verir ki, hücuma İraq ordusunun Ər-Raşidiyyə rayonundakı 11-ci diviziyası məruz qalıb. Hücumun dəf edilməsinə hərbi təyyarələr cəlb olunub.

Bu ərəfədə qruplaşma Əl-Mikdadiyyə şəhəri yaxınlığında yerləşən Əl-Havaşa kəndinə hücum edərək 14 dinc sakini qətlə yetirib, 15 nəfəri yaralayıb, üç nəfəri isə girov götürüb.

Qeyd edək ki, İŞİD silahlıları 2014-cü ilin yay aylarında İraq ərazisinin təxminən üçdə birini ələ keçirməyə nail olmuşdu. İyun ayında ölkənin ikinci böyük şəhəri Mosula daxil olan qruplaşma onu “qurduqları xilafətin” paytaxtı elan etmişdi. 2015-ci ildə İraqın hökumət qüvvələri beynəlxalq koalisiyanın dəstəyi ilə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatlara başlamış, 2017-ci ilin dekabrında isə sabiq Baş naziri Heydər əl-Abadi qruplaşmanın tam məğlubiyyətə uğradığını bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.