CƏMİYYƏT


İSİM və Şimali Makedoniyanın İctimai Səhiyyə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 31 mart, AZƏRTAC

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Şimali Makedoniyanın İctimai Səhiyyə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, memorandumun əsas məqsədi iki ölkənin ictimai səhiyyə qurumları arasında əməkdaşlığı genişləndirmək, infeksiyaya nəzarət, səhiyyə idarəetməsi, sağlamlıq sahəsində birgə fəaliyyətləri təşkil və araşdırmaların aparılmasını təşviq etməkdir.

Qeyd edilib ki, Azərbaycanda 2021-ci ildən etibarən səhiyyə işçiləri arasında vaksinlərin effektivliyinin tədqiqi layihəsi uğurla icra edilir. Bu tədqiqat layihəsi İSİM tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyi ilə həyata keçirilir. Tədqiqatın əsas məqsədi SARSCoV2 və qrip viruslarına qarşı vaksinlərin effektivliyinin öyrənilməsi, infeksiyaya nəzarət tədbirlərinin və ümumi vaksinasiya prosesinin səmərəliliyinin araşdırılması və ictimai səhiyyə istiqamətində müvafiq tövsiyələrin hazırlanmasıdır. Yeddi tibb müəssisəsindən 1500-dən çox səhiyyə işçisinin iştirak etdiyi bu tədqiqat çərçivəsində, eyni zamanda aşkarlanan virusların genetik analizi də aparılır. Tədqiqatda SARSCoV2 və qrip viruslarının genetik ardıcıllığı xüsusi metodlarla təyin edilir. Bu il ərzində aşkarlanmış virusların genetik ardıcıllığı testləri Şimali Makedoniyanın İctimai Səhiyyə İnstitutunun genetik laboratoriyası tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.