REGİONLAR
İSLAHATLAR DÜZGÜN İSTİQAMƏTDƏ APARILIR
Respublikamızda aqrar islahatlar sahəsində görülən işləri mütəxəssislər və ekspertlər belə dəyərləndirirlər.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, indi əsas vəzifə aqrar sektorda islahatların ikinci mərhələsini sürətləndirmək, regionlarda fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədi ilə müxtəlif texniki servis mərkəzləri yaratmaq, toxumçuluq bazasını genişləndirmək, texnika ilə təminatı yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycan respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramında da məhz bu vəzifə qarşıya qoyulmuşdur. Nazirlikdən onu da bildirmişlər ki, regionlarda servis mərkəzləri, emal müəssisələri yaratmaq, toxumçuluq və damazlıq işini inkişaf etdirmək barədə proqramlar hazırlanmış və İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmişdir.