DÜNYA


İSLAMIN SÜLHSEVƏR MAHİYYƏTİNİN İZAH OLUNMASI TERRORÇULARIN İSLAMDAN İSTİFADƏ ETMƏSİNƏ QARŞI BAŞLICA SİLAHDIR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Rusiya müsəlmanlarının ruhani liderləri İslamın sülhsevər mahiyyətinin inandırıcı şəkildə izah olunmasını terrorçuların ondan istifadə etməsinə qarşı başlıca silah sayırlar. Bu fikir Rusiya paytaxtında keçirilən “İslam terrorizmə qarşı” mövzusunda beynəlxalq konfransda səslənmişdir.

Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin heç bir dünya dininin zorakılığa və qan-qadaya çağırmadığını vurğulamış və milyard yarım müsəlmanın arasına soxularaq, guya İslamın təhlükə doğurduğu barədə təsəvvür yaradan kiçik qrupların fəaliyyətini pisləmişdir. O xatırlatmışdır ki, Rusiyada - Dağıstan və Çeçenistanda terrorçuların ilk qurbanları məhz müsəlmanlar olmuşlar. R.Qaynuddinin fikrincə, İslamın müddəalarının səhv yozulması ilə mübarizə aparmaq, qeyri-leqal imamların moizələrinin qarşısını almaq lazımdır. Müfti vurğulamışdır ki, Rusiyada İslam elmini inkişaf etdirmək və müsəlman tədris müəssisələri şəbəkəsi yaratmaq vacibdir. Ekstremizmin və terrorizmin heç bir əsası yoxdur və müqəddəs kitaba istinad edənlər ancaq öz günahını ağırlaşdırırlar.

Rusiyanın baş ravvini Adolf Şayeviç çıxışında demişdir: “İnsanlar minillik tarixi olan və ümumbəşəri mədəniyyətin qaynaqlarına güclü təkan vermiş həqiqi İslamın əsasları haqqında məlumatı nüfuzlu dini liderlərin dilindən eşitməlidirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.