İQTİSADİYYAT
İSMAYILLIDA TAXIL ƏKİNİ SAHƏLƏRİARTIIRILACAQDIR
İsmayıllı Rayon İcra Hakimiyyətinin aqrar şöbəsində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ildə 27687 hektar sahədən 72185 ton taxıl istehsal edən fermerlər bu il əkin sahələrini xeyli artıracaqlar. Taxılçılar payız əkini kampaniyasına mütəşəkkil hazırlıqla başlamışlar. Son günlər hava şəraitinin törətdiyi çətinliklər də əkinçiləri ruhdan salmır. Hələlik 20 min hektara yaxın sahədə əkin aparılmışdır. Mütəxəssislərin rəyinə görə, əkin sahələri 28 min hektara çatdırılacaqdır.
Hər gün sahələrə 100-dən çox səpin aqreqatı çıxarılır. Torpaq sahiblərinə 650 ton gübrə gətirilib paylanmışdır.
Rayonun daha çox taxıl əkilən İvanovka, Qoşakənd, Qubaxəlilli, Talıstan və digər kəndlərində əkin daha mütəşəkkil aparılır.