REGİONLAR
İSMAYILLIDA ÜZÜMÇÜLÜYÜN İNKİŞAFI İLƏ ƏLAQƏDAR PROQRAM HƏYATA KEÇİRİLİR
Üzümçülüyün inkişafı ilə əlaqədar proqrama görə 2008-ci ilə qədər İsmayıllıda 500 hektarda yeni plantasiyalar salınacaqdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən əsrin 90-cı illərinə qədər 13 min 500 hektar üzüm bağı olan və ildə orta hesabla 80 min ton məhsul istehsal olunan İsmayıllı rayonunda cəmi 346 hektar bağ qalmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təkcə bu il rayonda102 hektarda yeni plantasiyalar salınacaqdır.
İş adamı İlham Həsənov isə Diyallı ərazi vahidində 50 il müddətinə icarəyə götürdüyü sahədə həm də ting yetişdirir. Tinglikdə texniki sortlar olan “Mədrəsə” və “Rekasteli”, habelə “Ağadayı” və “Mərəndi” süfrə sortları becərilir.
Talıstan kəndi ərazisində “Mahmud” fermer təsərrüfatı da noyabr-dekabr aylarında 16 hektarda bağ salacaqdır.