İQTİSADİYYAT


İSMAYILLIDA XALÇA SEXİNİN FƏALİYYƏTİ BƏRPA EDİLMİŞDİR

Uzun illər fəaliyyəti dayandırılmış İsmayıllı xalçaçılıq müəssisəsi yenidən işə salınmışdır. Azərxalça İstehsal Birliyinin səyi ilə İsmayıllı xalça ustalarının sərəncamına 13 dəzgah verilmişdir. Hazırda sexdə 26 nəfər işə götürülmüşdür. Rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlyas Abdullayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, binanın daha bir neçə otağında aparılacaq təmir işləri və yeni avadanlıq quraşdırılması hesabına yaxın vaxtlarda işçilərin sayı 200 nəfərə çatdırılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.