İSMAYILLI RAYONUNUN ƏN BÖYÜK VƏ YARAŞIQLI KÜÇƏSİ ÜMUMMİLLİ LİDERİMİZİN ADINI DAŞIYACAQDIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərin ən böyük və yaraşıqlı küçəsinə xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı verilmişdir.
Bu, qərar Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin adının əbədiləşdirilməsi ilə əlaqədar yaradılmış komissiyanın təklifi və rayon ictimaiyyətinin çoxsaylı müraciətləri əsasında qəbul edilmişdir.