İSPANİYADA DÜNYADA ƏN İRİ DİNOZAVRIN İZLƏRİ TAPILIB
AZƏRTAC-ın informasiya kanallarından əldə etdiyi məlumata görə, İspaniyanın Burqos əyalətindəki paleoantropoloji yataqda çox iri dinozavrın izləri tapılmışdır.
Arxa ayaqlarının uzunluğu 74 santimetrə çatan bu heyvanın boyunun uzunluğu 10 metr, cəkisinin isə 3 ton olduğu güman edilir. Əsasən ətlə qidalanan bu dinozavrı o dövrün ən güclü heyvanı hesab edən alimlər ona “Atilla” adı vermişlər.