İQTİSADİYYAT
İSPANİYANIN KEÇMİŞ İQTİSADİYYAT NAZİRİ BEYNƏLXALQ VALYUTA FONDUNUN DİREKTORU SEÇİLMİŞDİR
AZƏRTAC-ın Vaşinqtondan aldığı xəbərə görə, İspaniyanın keçmiş iqtisadiyyat naziri Rodriqo Rato Beynəlxalq Valyuta Fondunun yeni sərəncamçı direktoru olacaqdır. Bu vəzifəyə o, BVF Direktorlar Şurası tərəfindən beş il müddətinə seçilmişdir.
55 yaşlı Ratonu BVF-də hələlik yaxşı tanımırlar, lakin Ratoya bələd olanlar onun haqqında yüksək fikirdədirlər. O, İspaniyanın iqtisadi inkişafını stimullaşdırma proqramının həyata keçirilməsinə böyük töhfə vermişdir.
Xatırladaq ki, BVF-nin sərəncamçı direktoru vəzifəsi martın əvvəllərində Almaniyanın sağ müxalifəti tərəfindən Kellerin AFR prezidenti vəzifəsinə namizəd göstərilməsi ilə əlaqədar qəfil istefa verməsi nəticəsində boşalmışdır. Ənənəvi olaraq, BVF-nin başçısı vəzifəsinə Avropa nümayəndəsi seçilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]