DÜNYA


İSPANİYANIN MÜDAFİƏ NAZİRİ ALİ HƏRBİ ORDENDƏN İMTİNA ETMİŞDİR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, İspaniyanın müdafiə naziri Xose Bono ali hərbi ordendən - əsgəri xidmətlərə görə Böyük xaçdan imtina etmişdir. Hökumət onu İspaniya əsgərlərinin İraqdan çıxarılmasına görə təltif etmişdir.

Xose Bononun Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılmış bəyanatında bildirilir ki, o, “əsgərləri İraqdan çıxarmaq üçün ona göstərilən şərəfdən deyil, mükafatdan imtina edir”. Onun fikrincə, “İspaniya əsgərlərini İraqa göndərmək, ümumiyyətlə, lazım deyildi”.

Mükafatdan imtina edilməsi göstərir ki, nə müdafiə naziri, nə də hökumətin başçısı Xose Luis Rodriges Sapatero tənqidi qulaqardına vurmur.

Müdafiə nazirinin ali hərbi ordenlə təltif edilməsi istər sağ, istərsə də

sol siyasi müxalifət tərəfindən kəskin tənqid olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.