DÜNYA
İSPANİYANIN “REAL” FUTBOL KLUBUNA ALMANİYALI BAŞ MƏŞQÇİ TƏYİN OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri SİD idman məlumat agentliyinə istinadla xəbər verir ki, Almaniya millisinin sabiq oyunçusu Bernd Şuster Madridin “Real” futbol klubuna baş məşqçi təyin olunmuşdur.
B.Şuster “Real” klubunun tarixində ikinci almaniyalı baş məşqçidir. Ondan əvvəl 1997-1998-ci illərdə dünya şöhrətli klubu tanınmış almaniyalı futbol mütəxəssisi Yupp Haynkes çalışdırmışdır.
48 yaşlı Bernd Şuster “Real”a dəvətdən öncə İspaniyanın “Hetafe”, ”Levante”, Almaniyanın “Fortuna” (Köln) və Ukraynanın “Şaxtyor” (Donetsk) klublarına uğurla rəhbərlik etmişdir. Yeni baş məşqçi ”Real”ın oyun üslubu ilə yaxından tanışdır. Vaxtilə bu komandanın aparıcı oyunçularından biri kimi o, kollektivin tərkibində iki dəfə İspaniya çempionu olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]