SİYASƏT
İSPANİYA İRAQDAKI HƏRBÇİLƏRİNİ GERİ ÇAĞIRIR
AZƏRTAC-ın Almaniyadakı xüsusi müxbiri İspaniya KİV-lərinin rəsmi məlumatlarına istinadla xəbər verir ki, yeni seçilmiş Baş nazir Sapatero aprelin 17-də, vəzifəsinin icrasına başladığı ilk gündə İraqda missiyasını yerinə yetirən 1300 İspaniya əsgərinin 15 gündən gec olmayaraq geri çağırılması barədə qərarını vermişdir. O, bunun səbəbini açıqlayaraq demişdir ki, “BMT-nin İraq barədə qəbul edəcəyi qətnamələri hələ uzun müddət gözləməli olacağıq”.
Rəsmi Vaşinqton İspaniya hökumət basçısının bu təcili qərarını soyuqqanlılıqla qarşılamışdır. Avstraliyanın Baş naziri Havard isə İspaniyanın bu qərarından heyfsilənərək, ABŞ radiosuna bildirmisdir ki, “İspaniya hökumətinin öz hərbi kontingentini İraqdan çıxarmaq barədə qərarı qiyamçı qüvvələri əl-qol açaraq qan tökməyə həvəsləndirər və koalisiya qüvvələrinin sülhməramlı əməliyyatlarına ciddi maneçilk yarada bilər”.