İDMAN
İSRAİLİN OLİMPİYA KOMANDASININ ƏLAVƏ MÜHAFİZƏSİ OLACAQ
Xarici informasiya agentliklərinin məlumatına görə, ABŞ komandasının Olimpiya kəndində mühafizə olunması barədə müvafiq xahişi yerinə yetirilməmişdir.
Olimpiya kəndində heç də bütün komandalar silahlı mühafizənin xidmətlərindən istifadə etmir. Lakin artıq məskunlaşmaqda olan Olimpiya kəndinin özü əsl qalanı xatırladır. Buranın bütün yolları və çıxışları bağlanmışdır, polis və xüsusi xidmət orqanları tərəfindən qorunur. Olimpiya kəndinin səması ABŞ-ın “Petriot” hava hücumundan müdafiə sistemləri tətbiq olunmaqla mühafizə edilir.
Xatırladaq ki, İsrail komandası 1972-ci il Münxen Olimpiadasından, fələstinli terrorçuların 11 İsrail idmançısını qətlə yetirdiyi vaxtdan bəri son dərəcə ciddi təhlükəsizlik tədbirləri görülür.
Yunanıstan Afina Olimpiadasında təhlükəsizliyin təmin edilməsinə rekord miqdarda, 1 milyard avrodan çox vəsait ayırmışdır.