İQTİSADİYYAT
İSRAİL DİPLOMATLARI ŞƏMKİRDƏ GÖRÜŞ KEÇİRMİŞLƏR
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Şəmkir iqtisadiyyatı üçün xarakterik olan heyvandarlıq məhsullarının, meyvə-tərəvəzin emalı sahəsində təcrübə mübadiləsi aparılmışdır. İsrail və Şəmkir iş adamları arasında əlaqələrin yaradılması barədə razılıq əldə edilmişdir.
Səfir respublikada azad sahibkarlığın inkişafı üçün şərait yaradılmasında Azərbaycan Prezidenti Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmış, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan 15 nəfər şəmkirli iş adamının İsraildə kursda olması üçün qrant ayrılması barədə sənədi rayon icra hakimiyyətinin başçısı Aslan Aslanova təqdim etmişdir.
Qonaqlar rayonun görməli yerlərini gəzmiş, Baş nazir İlham Əliyevin qayğısı və köməyi sayəsində müasir standartlar səviyyəsində tikilmiş stadionda olmuşlar.