İQTİSADİYYAT


İSRAİL DİPLOMATLARI ŞƏMKİRDƏ GÖRÜŞ KEÇİRMİŞLƏR

Oktyabrın 21-də İsrailin Azərbaycandakı səfiri Eytan Naye, səfirliyin ikinci katibi Anatoli Livşitz, ticarət və iqtisadi əlaqələr departamentinin direktoru Rafael Abbasov, MASİAV beynəlxalq əməkdaşlıq mərkəzinin nümayəndələri Şəmkir rayonunda kənd təsərrüfatı mütəxəssisləri, fermerlər, iş adamları, alimlərlə görüşmüşlər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Şəmkir iqtisadiyyatı üçün xarakterik olan heyvandarlıq məhsullarının, meyvə-tərəvəzin emalı sahəsində təcrübə mübadiləsi aparılmışdır. İsrail və Şəmkir iş adamları arasında əlaqələrin yaradılması barədə razılıq əldə edilmişdir.

Səfir respublikada azad sahibkarlığın inkişafı üçün şərait yaradılmasında Azərbaycan Prezidenti Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatmış, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan 15 nəfər şəmkirli iş adamının İsraildə kursda olması üçün qrant ayrılması barədə sənədi rayon icra hakimiyyətinin başçısı Aslan Aslanova təqdim etmişdir.

Qonaqlar rayonun görməli yerlərini gəzmiş, Baş nazir İlham Əliyevin qayğısı və köməyi sayəsində müasir standartlar səviyyəsində tikilmiş stadionda olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.