İSRAİL MÜTƏXƏSSİSLƏRİ GƏNCƏDƏ OLMUŞLAR
AzerTAg.az
İsrailin Azərbaycandakı səfirliyinin ikinci katibi Yakov Fin Kelştein və həmin ölkənin Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq üzrə mütəxəssisi Meori Rosen iki gün Gəncədə olmuşlar.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, qonaqlar respublikamızın şimal və cənub bölgələrindən sonra qərb zonasına səfərlərinin Azərbaycanda kənd təsərrüfatı sahələrinin inkişafı üçün imkanlarını öyrənmək məqsədi daşıdığını bildirmişlər. Onlar diqqətə çatdırmışlar ki, heyvandarlığın inkişafı üçün Azərbaycanda hər cür münbit şərait vardır və bu şəraitdən istifadə edilməlidir.
Sonra qonaqlar respublikamızın qərb bölgəsindəki fermer təsərrüfatlarının rəhbərləri ilə dəyirmi masa arxasında işgüzar görüş keçirmiş, kənd təsərrüfatında sahibkarlığın inkişafına təkan vermək məsqədilə yaradılan Gəncə biznes qrupunun, ət və ət məhsulları istehsal edən “Elba” məhdud məsuliyyətli müəssisənin iş prosesi ilə yaxından tanış olmuşlar.
Xəbərin mətnində orfoqrafik səhv var