DÜNYA


İSRAİL SURİYA ORDUSUNUN MÖVQELƏRİNƏ RAKET ZƏRBƏSİ ENDİRMİŞDİR

AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İsrailin qırıcı təyyarələri iyulun 15-də Suriya ordusunun Livanla həmsərhəd Jdeyda-Yabus bölgəsindəki 4 mövqeyinə raket zərbəsi endirmişdir. Məlumatı Qətərin “Əl-Cəzirə” peyk telekanalı yaymışdır.

İsrail bu günlərdə Dəməşqə ultimatum verərək, Livan-İsrail sərhədində “Hizbullah” təşkilatının fəaliyyətini 72 saat ərzində dayandırmağı və iyulun 12-də ələ keçirilən 2 İsrail əsgərinin azadlığa buraxılmasını tələb etmişdir. Əks halda hücuma keçəcəyi və bunun isə fəlakətlə nəticələnəcəyi ilə hədələmişdir.

Regiondakı hərbi müşahidəçilərin fikrincə, İsrailin hava hücumu Dəməşqə son xəbərdarlıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.